satellite   Azerspace-1: 11135 H 30000

Nepalda fəlakətdən 9 gün sonra 2 nəfər sağ çıxarılıb

Nepalda fəlakətdən 9 gün sonra 2 nəfər sağ çıxarılıb

Nepalda dağıdıcı daşqından 9 gün sonra xilasedicilər su elektrik stansiyasının tunelindən 2 nəfəri sağ çıxarıblar.

NTV xəbər verir ki, “Yuxarı Trişuli 3A” su elektrik stansiyasının tunelindən çıxarılan 2 işçi hidroenergetika obyektlərindən xilas edilən ilk şəxslər olub.

“Onlar paytaxt Katmandudakı hərbi hospitala çatdırılıblar. Bu isə digər sağ qalanların aşkarlanması ehtimalının azaldığı bir vaxtda axtarış qruplarına ümid verib”, - deyə “Reuters” agentliyi yazır.

Müəssisədən bildirilib ki, hər iki kişi hazırda hərbi hospitalın reanimasiya şöbəsindədir və onların həyati göstəriciləri sabitdir.

Təbii fəlakətlərlə mübarizə idarəsinin cümə günü yaydığı məlumata görə, Nepalda Çin Tibeti ilə sərhədə yaxın şəhər və kəndlərdə evləri, küçələri və məktəbləri dağıdan daşqınlar nəticəsində azı 1287 nəfər həlak olub. 5080-dən çox insan isə hələ də itkin düşmüş hesab olunur.

Çinin məlumatına görə, Tibetdə ölənlərin sayı 21 nəfərdir, daha 541 nəfər isə itkin düşüb

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM