satellite   Azerspace-1: 11135 H 30000

Şimali Kipr sahillərində gəmi qəzasında ölənlərin sayı 12-yə çatıb

Şimali Kipr sahillərində gəmi qəzasında ölənlərin sayı 12-yə çatıb

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) sahillərində sərnişin gəmisinin qəzaya uğradığı ərazidə aparılan axtarış-xilasetmə əməliyyatı çərçivəsində sentyabrın 4-də səhər saatlarında daha iki nəfərin cəsədi aşkarlanıb.

NTV xəbər verir ki, bu barədə ŞKTC-nin Baş naziri Ünal Üstel məlumat verib.

“Avqustun 30-da Girnə limanı sahillərində baş vermiş faciə nəticəsində ölənlərin rəsmi sayı 12-yə çatıb. İki qadının cəsədi aşkar edilib. 16 nəfərin axtarışı davam edir”, – deyə hökumət başçısı bildirib və sonuncu qurban aşkarlanana qədər əməliyyatın dayandırılmayacağını vurğulayıb.

Onun sözlərinə görə, pilotsuz sualtı aparatlar əvvəllər gəmi-katamaranın qalıqlarının aşkar edildiyi 550 metr dərinliyə enir.

Rəsmi qurumların məlumatına görə, sualtı robotlar 135 kiloqram ağırlığında yükü səthə qaldıra bilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM