satellite   Azerspace-1: 11135 H 30000

Nepalda torpaq sürüşməsi və daşqın qurbanlarının sayı 1 300-ü ötüb

Nepalda torpaq sürüşməsi və daşqın qurbanlarının sayı 1 300-ü ötüb

Nepalda torpaq sürüşməsi və daşqın nəticəsində ölənlərin sayı 1 344-ə çatıb.

NTV TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Daha əvvəl 1 287 nəfərin öldüyü bildirilirdi.

Nepal polisinin məlumatına görə, 4 898 nəfər itkin düşüb. İtkin düşən əcnəbilərin ümumi sayı 698-dir.

Təbii fəlakət avqustun 26-sı səhər saatlarında Nepalın şimalında baş verib. İlkin məlumata görə, daşqına Çinlə sərhəddə baş verən uçqun səbəb olub. Güclü su, palçıq və dağ süxurları axını çay yatağı boyunca böyük sürətlə 70 km-dən çox məsafəni qət edərək yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və geniş ərazinin su altında qalmasına səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM