Azərbaycan “Prodekspo-2021” sərgisində iştirak edəcək

Azərbaycan “Prodekspo-2021” sərgisində iştirak edəcək

Azərbaycan “Prodekspo-2021” sərgisində iştirak edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sərgi aprelin 12-dən 16-dək Moskvadakı “Eksposentr”də keçiriləcək.

Sərgidə 42 ölkədən 1548 şirkət təmsil olunacaq. Rusiya Federasiyasının 34 subyektindən olan 250 şirkət regional kollektiv sərgiləri təqdim edəcəklər.

“Prodekspo-2021” sərgisində 30 tematik salonda geniş ərzaq çeşidləri – gündəlik əsas ərzaq və içkilərdən tutmuş ləziz delikateslərədək, həmçinin orqanik, idman qidaları, sağlam həyat tərzi üçün nəzərdə tutulan qidalar, halal, koşer, ekzotik məhsullar nümayiş etdirilir. Rusiyada spirtli içkilərin və şərabların ən iri sərgisi yalnız burada toplanıb.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

21:18 18.04.2021

Kəngərli kətəsi

19:00 18.04.2021

Çox oxunan xəbərlər