satellite   Azerspace-1: 11135 H 30000

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Çindəki Huaçjun Elm və Texnologiyalar Universitetinin alimləri ətraf mühit və insanın psixoloji vəziyyəti arasında birbaşa qarşılıqlı əlaqəni müəyyən ediblər.

Naxçıvan televiziyası xarici mediaya istinadla xəbər verir ki, alimlər Britaniya biobankın bazasında olan 409 min 556 insanın məlumatlarını təhlil ediblər.

Nəticələr göstərib ki, yaşıl zonalarda uzun müddət qalmaq depressiya və həyəcanın yaranma riskini azaldır. Alimlərin sözlərinə görə, daha əlverişli ekoloji mühit və təmiz hava böyük rol oynayır.

“Şəhər yaşıl zonalarının genişləndirilməsi psixoloji sağlamlığın möhkəmləndirilməsinə töhfə verə bilər”, – deyə elmi işin müəllifləri vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM