Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

İşğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha iki nəfərə aid sümük fraqmentləri tapılıb və bununla da aşkar olunan insan qalıqlarının ən azı səkkiz şəxsə (biri azyaşlı olmaqla) məxsus olması müəyyən edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında qeyd olunur.

"Faktla bağlı toplanmış material üzrə zərərçəkmiş şəxslərin şəxsiyyətinin, həmçinin əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilməklə zəruri prosessual hərəkətlər icra edilir", - məlumatda vurğulanıb.

Xəbər lenti
Baş ucaldar mərd oğul

18:11 04.05.2024

Şərura dolu düşüb

16:16 04.05.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM