Naxçıvanda vergi ödəyicilərinin sayı 2 dəfə artıb - VİDEO

Muxtar Respublikada vergi sahəsində aparılan islahatlar bu sahənin inkişafına müsbət təsir göstərib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda qeydiyyata alınan vergi ödəyicilərinin sayı 2,2 dəfə, vergi daxilolmalarının sayı isə 41,7 faiz artıb.

Naxçıvanda vergi xidməti orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması, əlverişli biznes mühitinin yaradılması və vətəndaş məmnunluğuna nail olunması məqsədilə mühüm islahatlar aparılıb. Naxçıvan MR Dövlət Vergi Xidmətinin strukturu təkmilləşdirilib, dövriyyələr şəffaflaşdırılıb. Həmçinin Naxçıvan şəhər və ərazi vergilər idarələrinin tərkibində vergiödəyicilərinin dövlət qeydiyyatı və uçotu şöbələri yaradılıb, vergi ödəyicilərinin qeydiyyat prosesi daha da asanlaşdırılıb. Elekton xidmətlərdə yeniliklər tətbiq olunmağa başlanılıb.

Aparılan bu islahatlar isə vergi ödəyicilərinin sayının artmasına səbəb olub.

 

   Mədinə Rəhimli

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM