KİV: "X" sosial şəbəkəsi kiçik və orta biznesləri cəlb etmək niyyətindədir

KİV: "X" sosial şəbəkəsi kiçik və orta biznesləri cəlb etmək niyyətindədir

“X” sosial şəbəkəsi (keçmiş tviter) reklam gəlirlərini artırmaq üçün kiçik və orta biznesləri cəlb etmək niyyətindədir.

NUHÇIXAN xəbər verir ki, bunu “Financial Times” qəzeti yazıb.

Bildirilib ki, strategiyadakı bu dəyişikliyə səbəb böyük şirkətlərin İlon Maskın açıqlamaları ilə bağlı sosial şəbəkədə öz reklamlarını yerləşdirməkdən imtina etmələridir.

Qeyd edək ki, noyabrın 30-da “X” sosial şəbəkəsinin sahibi İ.Maskın antisemit konspirologiyaları dəstəkləməsi fonunda onlarla iri brend öz marketinq kampaniyalarını dayandırıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM