satellite   Azerspace-1: 11135 H 30000

Sahibkarlığın İnkişafı Fondu 10 ayda Naxçıvanda 1,4 milyon manatdan çox güzəştli kredit verib

Sahibkarlığın İnkişafı Fondu 10 ayda Naxçıvanda 1,4 milyon manatdan çox güzəştli kredit verib

Bu ilin fevral-noyabr aylarında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Naxçıvan Muxtar Respublikasında 21 mikro sahibkara 1,4 milyon manatdan çox güzəştli kredit verilib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Ümumilikdə kənd təsərrüfatı üzrə 9, sənaye məhsullarının istehsalı (o cümlədən, aqrar emal) üzrə 6, ictimai iaşə sahəsində 3, logistika sahəsində 2 və turizm sahəsi üzrə 1 layihə güzəştli kreditlərdən yararlanıb", - deyə o qeyd edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM