satellite   Azerspace-1: 11135 H 30000

Leyla Əliyevanın “Seçilmişlər” kitabı nəşr olunub

Leyla Əliyevanın “Seçilmişlər” kitabı nəşr olunub

Tanınmış Azərbaycan şairi Leyla Əliyevanın seçmə şeirlərinin toplandığı “Seçilmişlər” kitabı işıq üzü görüb.

Bu barədə Naxçıvan televiziyası-a Dövlət Tərcümə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, kitaba şairin Vətən, həyat, mərhəmət, ölüm, sevgi kimi əbədi mövzuları əhatə edən şeirləri daxil edilib. Müəllifin öz yaradıcılığı ilə bağlı dediyi “Çoxları mənim poeziyamı emosiyalarımla, əhvali-ruhiyyəmlə əlaqələndirir və sanırlar ki, şeirlərim çox kədərlidir. Əslində isə o şeirlərin əksəriyyəti məndən bəhs etmir. Onların çoxu ümumən insan ruhunun mənzərələrini, hal və həyəcanını ifadə edir. Elə bilirəm, şeirlər mənə İlahidən gəlir. Mən sətirləri eşidirəm...” fikirləri ilə açılan kitaba toplanan şeir silsilələri “Vətən”, “Həyat nədir, ölüm nə”, “Haradasan, dünyanın yaxşı adamı?”, “Mənə güc ver, İlahi!”, “Gedim bir az ağlayım”, “O biri həyatda dönərsən geri” kimi fəsillərdə təqdim olunur. Şeirlər Azərbaycan dilinə kifayət qədər yüksək peşəkarlıq, bədii texnika ilə tərcümə olunub, şairin üslub özünəməxsusluğu, poetik intonasiyası qorunub saxlanılıb.

Nəşrin “Ön söz”ünün müəllifi akademik Nizami Cəfərov, şeirlərin tərcümə müəllifləri Xalq yazıçısı Afaq Məsud, şair-tərcüməçi Sala

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM