satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Orenburq vilayətində Füzulinin 530 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi olacaq

Rusiyanın Orenburq vilayətində Füzulinin 530 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi olacaq

Rusiyanın Orenburq vilayətində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Poeziya xəzinəsi: Füzulinin irsi ilə dialoq” mövzusunda bədii qiraət müsabiqəsi olacaq.

Naxçıvan televiziyası xəbər verir ki, Orenburq vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqə dahi Azərbaycan şairi və mütəfəkkirinin 530 illik yubileyinin qeyd olunması çərçivəsində keçirilir.

Müsabiqədə iştirak edənlər Füzulinin bir əsərindən (əsərdən parça) əzbərlədiyi poetik qiraətdən ibarət videoçarx təqdim etməlidirlər.

Müsabiqədə iştirak edənlər dörd yaş qrupuna bölünürlər: birinci qrupda 7 yaşdan 11 yaşa qədər, ikinci qrupda 12 yaşdan 15 yaşa qədər, üçüncü qrupda 16 yaşdan 19 yaşa qədər, dördüncü qrupda isə 20 yaş və yuxarı orenburqlular iştirak edəcəklər.

Müəlliflər 2024-cü il dekabrın 1-dək öz videolarını orijinalda və ya istənilən fayl diskinə köçürməklə təşkilatçının [email protected] ünvanına göndərə bilərlər. Hər yaş qrupu üzrə qaliblər pul mükafatı alacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM