satellite   Azerspace-1: 11135 H 30000

Bu gün xalq şairi Məmməd Arazın doğum günüdür - VİDEO

Bu gün qələmini milli ideallar uğrunda savaşda silaha çevirən görkəmli söz ustadı Məmməd Arazın anadan olmasından 91 il ötür.

Əbədiyaşar əsərlərilə ədəbiyyatımızda iz qoyan böyük şair Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açıb. Harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq söz ustadı bir amal uğrunda çalışıb, milli ideallara xidmət, vətən qarşısında əsl vətəndaşlıq borcunu yerinə yetirmək.

Ədibin əsərlərinə gətirdiyi hər daş parçası, qaya, hər kol, - bir sözlə: hər xilqət Vətən əzəmətinə, yurd müqəddəsliyinə xidmət edib. Milli birlik, mənəvi bütövlük və azadlıq Məmməd Araz şeiriyyətinin əsas ilham qaynağı olub.

Naxçıvan televiziyası Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM