satellite   Azerspace-1: 11135 H 30000

Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək

Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək

Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən "Sərşəhər Məscidi" tarix-memarlıq abidəsinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb.

Naxçıvan MR Mədəniyyət nazirliyindən Naxçıvan televiziyası-a verilən məlumata görə, bununla bağlı yerli şirkətlərdən biri ilə müqavilə imzalanıb.

Müqaviləyə əsasən Sərşəhər Məscidi, Sərşəhər meydanına giriş baş tağlarının bərpası və meydanın abadlaşdırılması işləri həyata keçiriləcək.

Qeyd edək ki, Sərşəhər məscidi XVIII əsrə aiddir. İkimərtəbəli məscidin mehrabı, ağac sütunları, şəbəkəli pəncərələri və meydanı var. 1986-cı ildə bərpa və təmir edilib, meydan kompleksi şəklinə salınıb.

Məscid Nazirlər Kabinetinin 2 avqust 2001-ci tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM