Maliyyə Nazirliyinin sabiq əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub - FOTOLAR

Maliyyə Nazirliyinin sabiq əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub<font color=red> - FOTOLAR</font> Maliyyə Nazirliyinin sabiq əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, martın 11-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində uzun illər dövlət qulluğunda səmərəli fəaliyyət göstərmiş Nazirliyin sabiq əməkdaşı Əliyev Cabir Həsən oğluna Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunduğu “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdimetmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən maliyyə naziri Həsən İsmayılov təltif olunan əməkdaşın dövlət maliyyə sisteminin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və onun uzunmüddətli peşəkar fəaliyyəti ilə gənc nəslə nümunə olduğunu vurğulayıb. Nazir həmçinin qeyd edib ki, dövlət qulluğunda fərqlənən əməkdaşların əməyi hər zaman yüksək qiymətləndirilir və bu cür təltiflər onların zəhmətinin dövlət səviyyəsində tanınmasının bariz nümunəsidir.

Təqaüdə çıxmış əməkdaş göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib və fəaliyyət illəri ərzində qazandığı təcrübəni gənc mütəxəssislərlə bölüşməyin vacibliyini qeyd edib.

Sonda Nazir Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 24 iyun 2024-cü il tarixli Sərəncamı ilə verilmiş “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Cabir Əliyevə təqdim edib və ona gələcək həyatında uğurlar arzulayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM