satellite   Azerspace-1: 11135 H 30000

Sənətşünas Ziyadxan Əliyev vəfat edib

Sənətşünas Ziyadxan Əliyev vəfat edib

Naxçıvan televiziyası xəbər verir ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib.

Ziyadxan Əliyev 1948-ci il iyul ayının 1-də Şəmkirdə anadan olub. O, 1974-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonradan İ. Y. Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976–1982) təhsil alıb. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvü seçilib.

Ziyadxan Əliyev Azərbaycan təsviri incəsənətinin araşdırmaçısı kimi də bir sıra əsərlərin müəllifidir.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Naxçıvan Televiziyasının elan etdiyi “Muxtariyyətin 100 ili” mövzusunda yaradıcılıq müsabiqəsində I yerin qalibi olmuşdu.

Allah rəhmət eləsin.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM