satellite   Azerspace-1: 11135 H 30000

Hacı Murad Yagizarov II Fəxri Xiyabanda dəfn olunacaq

Hacı Murad Yagizarov II Fəxri Xiyabanda dəfn olunacaq

Xalq artisti Hacı Murad Yagizarovun nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah Vətənə gətiriləcək.

Mədəniyyət Nazirliyindən NTV-yə verilən xəbərə görə, sənətkarın cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.

Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək.

Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM