satellite   Azerspace-1: 11135 H 30000

Serbiyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan poçt markaları nəşr olunub

Serbiyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan poçt markaları nəşr olunub

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Serbiyada poçt markaları nəşr olunub.

Azərbaycanın Serbiyadakı səfirliyindən NTV-yə verilən məlumata görə, markaların nəşri və dövriyyəyə buraxılması Səfirliyin təşəbbüsü və dəstəyi ilə baş tutub.

"Srbijamarka" tərəfindən buraxılan poçt markalarının üzərində"Üzeyir Hacıbəylinin 140 illiyi" və "Azərbaycan bəstəkarı, Şərqdə operanın banisi" sözləri yazılıb. Mərkəzdə isə dahi bəstəkar Ü.Hacıbəylinin 2011-ci ildə Serbiyanın Novi Sad şəhərində ucaldılmış büstü təsvir olunub.

Poçt markalarının nəşri Səfirlik tərəfindən Üzeyir Hacıbəyli irsinin Serbiyada tanıdılması məqsədilə həyata keçirdiyi silsilə tədbirlərin tərkib hissəsidir. Qeyd edək ki, Səfirliyin təşkilati dəstəyi ilə dünyanın ən böyük onlayn ensiklopediyası Vikipediyada dahi bəstəkar haqqında serb dilində məqalə genişləndirilib və oxucuların diqqətinə təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM