satellite   Azerspace-1: 11135 H 30000

Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Digər Dünya Analitika Multimedia Azərbaycana turist axını 2 % azalıb

Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Digər Dünya Analitika Multimedia Azərbaycana turist axını 2 % azalıb

2025-ci ildə Azərbaycana 189 ölkədən 2 milyon 570,2 min və yaxud 2024-cü illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

NTV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 23,9 faizi Rusiya, 17,7 faizi Türkiyə, 8,1 faizi İran, 6,5 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,7 faizi İsrail, 2,5 faizi Çin, 2,4 faizi Özbəkistan, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər biri 1,0 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olub, 67,0 faizini kişilər, 33,0 faizini qadınlar təşkil edib.

İl ərzində İsraildən gələnlərin sayı 2,4 dəfə, Tacikistandan - 1,6 dəfə, İordaniyadan - 49,9 faiz, Çindən - 41,7 faiz, Özbəkistandan - 34,3 faiz, Qırğızıstandan - 33,7 faiz, Niderlanddan - 27,5 faiz, Yaponiyadan - 25,8 faiz, Qazaxıstandan - 20,1 faiz, İtaliyadan - 13,7 faiz, Pakistandan - 12,5 faiz, Almaniyadan - 11,1 faiz artıb.

O cümlədən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7 faiz artaraq 120,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,4 faiz azalaraq 414,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 865,7 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 2,0 faiz artaraq 1169,6 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,8 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM