satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yeni stolüstü tennis avadanlıqlarına baxış keçirilib - FOTOLAR

Naxçıvanda yeni stolüstü tennis avadanlıqlarına baxış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda yeni stolüstü tennis avadanlıqlarına baxış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda yeni stolüstü tennis avadanlıqlarına baxış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda yeni stolüstü tennis avadanlıqlarına baxış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda yeni stolüstü tennis avadanlıqlarına baxış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda yeni stolüstü tennis avadanlıqlarına baxış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda yeni stolüstü tennis avadanlıqlarına baxış keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  NTV-yə verilən məlumata görə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Tennis Federasiyası ilə qurulmuş əməkdaşlıq əlaqələri regionda aid idman növlərinin inkişafı üçün əsaslı zəmin yaratmışdır. Nazirliyin Naxçıvanda stolüstü idman növünün inkişafını, gələcək potensialını, o cümlədən gənclərin bu sahəyə olan marağını nəzərə alaraq federasiyaya etdiyi müraciət müsbət dəyərləndirilib. 

Danışıqların nəticəsi olaraq federasiya tərəfindən Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksinə 4 stolüstü tennis masası, 8 raketka və toplar hədiyyə olunub

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov avadanlıqlara baxış keçirib. Nazir müavini federasiyanın bu addımını həm əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, həm də regionda stolüstü tennis idman növünün inkişafına mühüm töhfə kimi qiymətləndirib, avadanlıqların səmərəli istifadəsi və qorunmasının vacibliyini diqqətə çatdırıb. 

Stolüstü tennis avadanlıqlarının say artımı yarışlarda vaxt itkisinin qarşısının alınması, keyfiyyətli oyunların təşkili və təşkilatçılıq baxımından önəmlidir. 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM