Keçən il Azərbaycana gələn və ölkədən xaricə gedənlərin sayı açıqlanıb.
NTV xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.
Qeyd olunub ki, ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3436 nəfər gəlib.
2015 nəfər isə daimi yaşamaq üçün ölkədən xaricə gedib.
Miqrasiya saldosu müsbət 1421 nəfər təşkil edib.
