satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Pakistan bazarında turizm əlaqələrini genişləndirir - FOTOLAR

Azərbaycan Pakistan bazarında turizm əlaqələrini genişləndirir<font color=red> - FOTOLAR</font> Azərbaycan Pakistan bazarında turizm əlaqələrini genişləndirir<font color=red> - FOTOLAR</font> Azərbaycan Pakistan bazarında turizm əlaqələrini genişləndirir<font color=red> - FOTOLAR</font>

Azərbaycanın turizm imkanları Pakistanın Karaçi şəhərində keçirilən “Pakistan Travel Mart 2026” (PTM) sərgisi və İslamabad şəhərində təşkil olunan “PTM Roadshow” silsilə tədbirləri çərçivəsində təqdim olunub.

Bu barədə NTV-yə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə milli stenddə “Şahdağ” Turizm Mərkəzi və "Azərbaycan Hava Yolları" QSC (AZAL) daxil olmaqla 5 yerli turizm sənayesi tərəfdaşı ölkəmizi təmsil edib.

Sərgi və silsilə tədbirlər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın turizm potensialının təşviqi məqsədilə B2B formatlı danışıqlar aparılıb, əməkdaşlıq imkanları nəzərdən keçirilib, iştirakçılara istirahət, lüks, macəra və mədəni turizm imkanları barədə ətraflı məlumat təqdim olunub.

Hər iki şəhərdə keçirilən tədbirlər Azərbaycanın Pakistan bazarında mövqeyinin gücləndirilməsi və ikitərəfli turizm əlaqələrinin inkişafı baxımından mühüm platforma kimi çıxış edib.

Qeyd edək ki, 2025-ci il ərzində Pakistandan Azərbaycana səfər edənlərin sayı 13 faiz artaraq 91043 nəfər olub. Cari ilin yanvar-fevral aylarında isə səfər edən Pakistan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 12399 nəfər təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM