NTV xəbər verir ki, Azərbaycan mədəniyyəti – 2040 Konsepsiyası çərçivəsində 4 və 5 may tarixlərində Gəncə Dövlət Kukla Teatrı qastrol səfəri ilə Naxçıvan Dövlət Kukla Teatrı səhnəsində çıxış edəcək.
Qastrol proqramı çərçivəsində teatr ingilis xalq nağılı əsasında hazırlanmış “Üç donuz balası” tamaşasını təqdim edəcək. Tamaşa uşaqlar üçün nəzərdə tutulmuşdur və dostluq, əməksevərlik, birlik kimi dəyərləri təbliğ edir.
Tamaşalar hər iki gün Naxçıvan Dövlət Kukla Teatrında nümayiş olunacaq.
Qeyd edək ki, bu cür qastrol səfərləri teatrlararası əməkdaşlığın inkişafına və yaradıcı təcrübə mübadiləsinə mühüm töhfə verir.
