satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Filarmoniyası Trabzon şəhərində konsert proqramı ilə çıxış edib - FOTOLAR

Naxçıvan Dövlət Filarmoniyası Trabzon şəhərində konsert proqramı ilə çıxış edib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Filarmoniyası Trabzon şəhərində konsert proqramı ilə çıxış edib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Filarmoniyası Trabzon şəhərində konsert proqramı ilə çıxış edib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Filarmoniyası Trabzon şəhərində konsert proqramı ilə çıxış edib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Filarmoniyası Trabzon şəhərində konsert proqramı ilə çıxış edib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, Naxçıvan Dövlət Filarmoniyası noyabrın 29-da Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təşkilatçılığı ilə Trabzon şəhərində konsert proqramı ilə çıxış edib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert başlamadan əvvəl çıxış edən ölkəmizin Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev Ulu öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı müstəsna xidmətlərindən, Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərdən, Türkiyə-Azərbaycan qardaşlığı və birliyindən  danışıb.

Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiət etdiyi musiqi çələngində Müslüm Maqomayevin “Azərbaycan”, Aytən Alpmanın “Məmləkətim”, Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər, Tofiq Quliyevin “Sənə də qalmaz”, Üzeyir Hacıbəylinin “Çırpınırdın, Qaradəniz”, Eldar Mansurovun “Sabaha ilhamla”  və digər musiqi və rəqs nömrələri təqdim edilib. Azərbaycan Respublikasının əməkdar artistləri-Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, solist İlkin Abdullayevin ifa etdiyi əsərlər rəğbətlə qarşılanıb.

 Konsert proqramı Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə” əsəri ilə sona çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM