satellite   Azerspace-1: 11135 H 30000

“Apple” və “Paramount” öz yayım xidmətlərinin birləşdirilməsini müzakirə ediblər

“Apple” və “Paramount” öz yayım xidmətlərinin birləşdirilməsini müzakirə ediblər

“Apple” və “Paramount” şirkətləri öz onlayn-kinoteatr xidmətlərinin birləşdirilməsi məsələsini müzakirə ediblər. Bu, əyləncə sahəsində rəqabət aparan nəhəng şirkətlərin öz təkliflərini daha əlçatan və cəlbedici etmək üçün birləşmək cəhdidir.

Naxçıvan televiziyası “The Wall Street Journal”-a istinadla xəbər verir ki, şirkətlər, hər iki xidmətə ayrı-ayrılıqda abunə olmaqdan daha ucuz başa gələcək “Paramount + və Apple TV+” birgə təklifinin işə salınması ehtimalını müzakirə ediblər.

“Apple” və “Paramount” arasındakı danışıqlar hələ ilkin mərhələdədir. Bu xəbərin fonunda hər iki şirkətin səhmlərinin dəyəri sürətlə artmağa başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM