satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 8 min hektara yaxın sahədə payızlıq səpin aparılıb - FOTOLAR

Naxçıvanda 8 min hektara yaxın sahədə payızlıq səpin aparılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda 8 min hektara yaxın sahədə payızlıq səpin aparılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda 8 min hektara yaxın sahədə payızlıq səpin aparılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda 8 min hektara yaxın sahədə payızlıq səpin aparılıb<font color=red> - FOTOLAR</font>

Naxçıvanda payızlıq əkin mövsümü davam edir. İndiyədək muxtar respublikanın bütün rayonlarında ümumilikdə 11 min hektardan artıq sahədə şum qaldırılıb, 8 min hektara yaxın ərazidə isə payızlıq səpin aparılıb. Əkin prosesinin effektivliyini artırmaq məqsədilə bölgələrə 1000-dən çox kənd təsərrüfatı texnikası – traktorlar, səpin aqreqatları və torpaq yumşaldıcıları cəlb edilib.

Bu sözləri  NTV-yə açıqlamasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Məhəmməd Zeynalov deyib. O qeyd edib ki, bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan səyyar aqronom xidməti də fəaliyyətini davam etdirir. Mütəxəssislər fermerlərə toxum seçimi, səpin norması, torpaq hazırlığı və suvarma ilə bağlı praktiki məsləhətlər verirlər.

“Əkin və suvarma prosesləri üzrə bütün rayonlarda gündəlik monitorinqlər aparılır. Fermerlərlə mütəmadi iş aparılır və sahələrdə vəziyyətin operativ qiymətləndirilməsi davam etdirilir. Cari mövsümdə yağıntıların əvvəlki illərlə müqayisədə az olması suvarma prosesinə müəyyən təsir göstərir. Mövcud resurslardan səmərəli istifadə olunması və fermerlərin ehtiyaclarının vaxtında qarşılanması məqsədilə zəruri tədbirlər görülür”, – deyə nazirlik rəsmisi əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM