satellite   Azerspace-1: 11135 H 30000

Neftçalada 20 kiloqram narkotik vasitə aşkarlanıb

Neftçalada 20 kiloqram narkotik vasitə aşkarlanıb

Narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 43 yaşlı Samiq Abuşov Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, onun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsindən ümumi çəkisi 20 kiloqrama yaxın olan narkotik vasitə həşiş və marixuana aşkarlanıb. S.Abuşov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və narkotik vasitələri Bakı şəhərinə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM