satellite   Azerspace-1: 11135 H 30000

Böyük Qayıdış: Kərkicahan qəsəbəsinə, Xanyurdu və Təzəbinə kəndlərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR

Böyük Qayıdış: Kərkicahan qəsəbəsinə, Xanyurdu və Təzəbinə kəndlərinə növbəti köç karvanı yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Kərkicahan qəsəbəsinə, Xanyurdu və Təzəbinə kəndlərinə növbəti köç karvanı yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Kərkicahan qəsəbəsinə, Xanyurdu və Təzəbinə kəndlərinə növbəti köç karvanı yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Kərkicahan qəsəbəsinə, Xanyurdu və Təzəbinə kəndlərinə növbəti köç karvanı yola salınıb<font color=red> - FOTOLAR</font>

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq davam edir. Yanvarın 30-da respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə yola salınıb.

NTV xəbər verir ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə 8 ailə - 41 nəfər köçürülür. Uzun illərdən sonra doğma torpaqlara qayıdışı sevinc hissi ilə qarşılayan ailələr Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Xocalı sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM