satellite   Azerspace-1: 11135 H 30000

Xankəndi, Xocalı və Ağdərəyə daha 142 nəfər köçürülüb

Xankəndi, Xocalı və Ağdərəyə daha 142 nəfər köçürülüb

Yanvarın 30-da Xankəndi, Xocalı və Ağdərəyə növbəti qayıdış gerçəkləşib.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 25, Ağdərə rayonunun Həsənriz kəndinə 52, Xocalı rayonunun Xanyurdu kəndinə 24, Təzəbinə kəndinə isə 41 nəfər köçürülüb.

Ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə onlara mənzillərin açarları təqdim edilib.

Sakinlərə mənzillərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının məqsəd və vəzifələri barədə məlumat verib. Bildirib ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq azad edilmiş ərazilərdə müasir infrastruktur qurulur, yaşayış evləri, sosial obyektlər inşa edilir və sakinlərin rahat, təhlükəsiz şəkildə məskunlaşması üçün hərtərəfli şərait yaradılır. Torpağına qayıdan insanların məşğulluq məsələsi də daim diqqətdə saxlanılır. Böyük Qayıdış proqramı çərçivəsində köç prosesi mərhələli şəkildə davam edir.

Sonra ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM