satellite   Azerspace-1: 11135 H 30000

Hadrut və Qırmızı bazar qəsəbələrinə 30 ailə yola salınıb - FOTOLAR

Hadrut və Qırmızı bazar qəsəbələrinə 30 ailə yola salınıb<font color=red> - FOTOLAR</font> Hadrut və Qırmızı bazar qəsəbələrinə 30 ailə yola salınıb<font color=red> - FOTOLAR</font> Hadrut və Qırmızı bazar qəsəbələrinə 30 ailə yola salınıb<font color=red> - FOTOLAR</font> Hadrut və Qırmızı bazar qəsəbələrinə 30 ailə yola salınıb<font color=red> - FOTOLAR</font>

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdış prosesi davam etdirilir.

NTV xəbər verir ki, bu gün Xocavənd rayonunun Hadrut və Qırmızı bazar qəsəbələrinə növbəti köç prosesi gerçəkləşir. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavəndin Hadrut qəsəbəsinə 10 ailə - 47 nəfər, Qırmızı bazar qəsəbəsinə 20 ailə - 91 nəfər köçürülür.

Doğma yurda yola düşən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM