Saxta alkoqollu içkilərin satışı ilə bağlı daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonunun Bala Bəhmənli kəndində sahibkar Bakir Tohid oğlu Babayevə məxsus ərzaq məhsullarının topdan satışı mağazasında yoxlama keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən NTV-yə verilən məlumata görə, yoxlama zamanı müvafiq müşayiətedici sənədləri olmayan “Etalon Vodka”, “Kozino Vodka”, ”Revizor Vodka” əmtəə nişanlı alkaqollu içkilər satışdan kənarlaşdırılıb və nümunələr götürülərək laborotor müayinələrə cəlb olunub.
Sınaq nəticəsində “Etalon Vodka” və ”Revizor Vodka” əmtəə nişanlı alkoqollu içkilərdə tündlük göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
