satellite   Azerspace-1: 11135 H 30000

Ezamiyyə xərclərinin normalarına əlavələr və onların tətbiq olunduğu rəhbər işçilərin siyahısında dəyişiklik edilib

Ezamiyyə xərclərinin normalarına əlavələr və onların tətbiq olunduğu rəhbər işçilərin siyahısında dəyişiklik edilib

“Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələrin və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişiklik edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla siyahının 1. 2-ci hissədə “xüsusi tapşırıqlar üzrə nümayəndəsi, xüsusi nümayəndəsi” sözləri “Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi” sözləri ilə əvəz edilib.

2.3-cü hissəyə “xidmət rəisinin müavinləri,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavinləri,” sözləri əlavə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM