satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin  rəisi vəzifəsindən azad olunub

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 30 iyul 2024-cü il tarixli Sərəncama əsasən Namiq Nəriman oğlu Paşayev Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Həmçinin eyni tarixli digər bir Sərəncamla isə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Məhərrəm Hüseyn oğlu Abbasova həvalə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM