satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanla Pakistan arasında üç Saziş təsdiqlənib

Azərbaycanla Pakistan arasında üç Saziş təsdiqlənib

2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” təsdiq edilib.

Naxçıvan televiziyası xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sənədi imzalayıb.

Eyni zamanda, Prezident 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi” də təsdiqləyib.

Dövlət başçısı, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” sənədini də imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM