Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib - SƏRƏNCAM

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib<font color='red'> - SƏRƏNCAM</font>

Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.

NUHÇIXAN-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb.

Sənədə əsasən, Prezident Administrasiyası Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM