satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrilib

Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrilib

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

NTV xəbər verir ki, fərmana əsasən, Dövlət Ehtiyatları Agentliyi, Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi, Azərbaycan Elm Fondu, Minatəmizləmə Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, onun tabeliyindəki Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs statusundan çıxarılıaraq büdcə təşkilatı statusuna keçirilib.

Bundan başqa, fərmanla İqtisadiyyat Nazirliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxslərinin MMC-lərə çevrilmə yolu ilə yenidən təşkilini iki ay müddətində təmin etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM