satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb - YENİLƏNİB - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olundu.

COP29-un keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edən Litva Prezidenti bu tədbirə dəvətə görə təşəkkürünü bildirdi və Bakıda COP29 çərçivəsində dövlətimizin başçısı ilə görüşəcəklərini vurğuladı.

Gitanas Nauseda Azərbaycana rəsmi səfərini və səfər zamanı müzakirə olunmuş məsələləri məmnunluqla xatırladı.

Söhbət zamanı regional sülh gündəliyi və Azərbaycan-Avropa İttifaqı əlaqələri barədə fikir mübadiləsi aparıldı.

Görüşdə Böyük Britaniya tərəfinin Münxen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmaması çox böyük təəssüf hissi ilə vurğulandı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM