satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib<font color='red'> - YENİLƏNİB</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.

Naxçıvan televiziyası xəbər verir ki, Bilal Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş etdi.

Dünya Etnoidman Konfederasiyasının fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Prezidenti əldə olunmuş uğurlar münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı ölkəmizin Konfederasiyada fəal təmsil olunduğunu bildirərək, Azərbaycan idmançılarının bu qurumun yarışlarında uğurla iştirak etdiklərini dedi.

Görüşdə ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin olduğu bir daha qeyd edildi, Azərbaycanın və Türkiyənin həmişə bir-birinin yanında olduqları vurğulandı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM