satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub - FOTOLAR

Prezident İlham Əliyev Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.

Naxçıvan televiziyası xəbər verir ki, dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, inzibati binanın inşası üçün 2,4 hektardan çox ərazi nəzərdə tutulub. Bu ərazi Kəlbəcərin ictimai mərkəzi ilə şəhər parkının arasında yerləşir. İnzibati binanın yerləşdiyi ərazinin şimal hissəsi pilləli landşaft elementləri və şəhər parkının relyefi ilə birləşir. Ümumilikdə Baş plan üzrə şəhərin inzibati mərkəzində 2 inzibati binanın inşası nəzərdə tutulub. Hər iki bina müasir üslubda layihələndirilib. Tikinti işlərinə 2025-ci ildə başlanılması planlaşdırılır.

Dövlətimizin başçısı inzibati binanın təməlini qoydu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM