satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb - YENİLƏNİB

Prezident İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb<font color='red'> - YENİLƏNİB</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, Almaniya Kansleri təyyarə qəzası ilə əlaqədar araşdırmaların gedişi ilə maraqlandı.

Görüşdə Azərbaycan Prezidenti ilə Olaf Şoltsun əvvəlki görüşləri və aparılmış müzakirələr məmnunluqla xatırlandı.

Söhbət zamanı ikitərəfli münasibətlərə, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Kansler Almaniyanın Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində səyləri dəstəklədiyini bildirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM