satellite   Azerspace-1: 11135 H 30000

İlham Əliyev İraq prezidentini təbrik edib

İlham Əliyev İraq prezidentini təbrik edib

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə təbrik məktubu göndərib.

NTV xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İraq Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu yaxınlarda Nyu-Yorkda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-İraq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM