satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüşüb - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüşüb<font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüşüb<font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüşüb<font color=red> - FOTOLAR</font> Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüşüb<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.

NTV xəbər verir ki, Ersin Tatar Prezident İlham Əliyevlə ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində görüşlərini, həmçinin Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakını məmnunluqla xatırladı, Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev ölkəmiz tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyin bundan sonra da davam etdiriləcəyini dedi.

Qonaq Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə əldə edilmiş nəticələrlə bağlı təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi qeyd edildi.

Qəbələdə keçirilən Zirvə Görüşünün TDT çərçivəsində ölkələrarası tərəfdaşlığın daha da genişlənməsində rolu vurğulandı.

Görüşdə bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM