satellite   Azerspace-1: 11135 H 30000

ÜST-ə mpoxla mübarizəyə altı ayda 135 milyon dollar lazımdır

ÜST-ə mpoxla mübarizəyə altı ayda 135 milyon dollar lazımdır

Meymunçiçəyi (mpox) ilə mübarizə altı ay ərzində 135 milyon dollar maliyyə tələb edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bəyan edib.

Cenevrədə diplomatik brifinqdə çıxış edən o, mpox xəstəliyinin yayılmasına qarşı hərtərəfli və əlaqələndirilmiş beynəlxalq reaksiyaya ehtiyac olduğunu bildirib.

“Bu işi maliyyələşdirmək və epidemiyanı mümkün qədər tez dayandırmaq üçün ilkin hesablamalarımız belədir ki, strateji hazırlıq və cavab tədbirləri planı növbəti altı ay ərzində epidemiyanın kəskin mərhələsi üçün təxminən 135 milyon dollar tələb edəcək. Artan ehtiyaclar fonunda bu məbləğin yüksələcəyi ehtimal edilir”.

Onun sözlərinə görə, ÜST 2024-cü ildə mpox ilə mübarizə üçün fövqəladə ehtiyat fondundan təxminən 1,5 milyon dollar ayırıb və yaxın günlərdə donor maliyyəsi gələnə qədər bu məqsədlə daha çox vəsait ayırmağı planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM