satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay COP29-a görə 600-ə yaxın tibb və qeyri-tibb heyətinə təlim keçirilib

Ötən ay COP29-a görə 600-ə yaxın tibb və qeyri-tibb heyətinə təlim keçirilib

Noyabrda Azərbaycanda keçiriləcək COP29 ərəfəsində təcili və təxirəsalınmaz tibbi yardıma yaranacaq zərurəti nəzərə alaraq, tibb və qeyri-tibb heyətinin bilik və bacarıqlarının, dil bilgilərinin artırılması məqsədilə müxtəlif təlimlər keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.

O bildirib ki, təkcə sentyabr ayında 581 nəfər təlimlərə cəlb olunub:

"Bu təlimlərin sırasına təməl EKQ, təməl və təkmil həyat dəstəyi (BLS və ALS), kardiologiyada təxirəsalınmaz hallar, pre hospital travma dəstəyi, abdominal sindrom, pediatrik təcili hallar və ingilis dili kimi kurslar daxildir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM