satellite   Azerspace-1: 11135 H 30000

Son sutkada qarlı hava şəraitinə görə 90 nəfər müraciət edib, onlardan 15-i əməliyyat olunub

Son sutkada qarlı hava şəraitinə görə 90 nəfər müraciət edib, onlardan 15-i əməliyyat olunub

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqədar fevralın 24-dən bu saatadək 90 nəfər müraciət edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 15 nəfəri əməliyyat üçün stasionara qəbul edilib:

"Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub". 

Qeyd edək ki, qarlı hava şəraiti ilə əlaqəli olaraq fevralın 21-dən bu günədək Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxminən 300 nəfər müraciət edib. Onlardan 30-a yaxın şəxsə cərrahi müalicə tətbiq olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM