satellite   Azerspace-1: 11135 H 30000

Bakıdan gələn həkim briqadası Naxçıvanda ödənişsiz tibbi aksiya keçirəcək - FOTOLAR

Bakıdan gələn həkim briqadası Naxçıvanda ödənişsiz tibbi aksiya keçirəcək<font color=red> - FOTOLAR</font> Bakıdan gələn həkim briqadası Naxçıvanda ödənişsiz tibbi aksiya keçirəcək<font color=red> - FOTOLAR</font> Bakıdan gələn həkim briqadası Naxçıvanda ödənişsiz tibbi aksiya keçirəcək<font color=red> - FOTOLAR</font> Bakıdan gələn həkim briqadası Naxçıvanda ödənişsiz tibbi aksiya keçirəcək<font color=red> - FOTOLAR</font> Bakıdan gələn həkim briqadası Naxçıvanda ödənişsiz tibbi aksiya keçirəcək<font color=red> - FOTOLAR</font> Bakıdan gələn həkim briqadası Naxçıvanda ödənişsiz tibbi aksiya keçirəcək<font color=red> - FOTOLAR</font> Bakıdan gələn həkim briqadası Naxçıvanda ödənişsiz tibbi aksiya keçirəcək<font color=red> - FOTOLAR</font> Bakıdan gələn həkim briqadası Naxçıvanda ödənişsiz tibbi aksiya keçirəcək<font color=red> - FOTOLAR</font>

Məlhəm Beynəlxalq Hospitalın yüksəkixtisaslı həkim briqadası “Sevgi ən böyük məlhəmdir” şüarı altında Naxçıvanda ödənişsiz tibbi aksiya keçirəcək.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Naxçıvan Səhiyyə Nazirliyindən bildirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Məlhəm Beynəlxalq Hospitalın birgə təşkilatçılığı ilə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Sevgi ən böyük məlhəmdir” şüarı altında tibbi aksiya keçiriləcək.

25, 26, 27 may tarixlərində baş tutacaq aksiya çərçivəsində Məlhəm Beynəlxalq Hospitalın 9 yüksəkixtisaslı həkim heyəti - oftalmoloq-cərrahlar, tibb üzrə elmlər doktoru Aytən Sultanova və tibb üzrə fəlsəfə doktoru Leyla Qəhrəmanova, kardioloqlar uzman-cərrah Anar Həmidov və Mehriban İskəndərova, endokrinoloq Gülhar Əliyeva, uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Məmmədov, travmatoloq, uzman-cərrah Cavid Cəfərov, neyrocərrah, uzman-cərrah Teyyub Həsənov və daxili xəstəliklər uzmanı Sinaxanım Hüseynzadə muxtar respublika əhalisinə oftalmologiya, kardiologiya, endokrinologiya, urologiya, travmatologiya, neyrocərrahiyyə və daxili xəstəliklər üzrə ödənişsiz tibbi xidmət göstərəcək, tibbin müxtəlif istiqamətləri üzrə müayinə və  müalicələr həyata keçirəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM