satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Sergey Lavrovla telefonla danışıb, Rusiya xalqına başsağlığı verib

Ceyhun Bayramov Sergey Lavrovla telefonla danışıb, Rusiya xalqına başsağlığı verib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıb.

Bu barədə Naxçıvan televiziyası-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov 22 mart tarixində Moskva şəhərində yerləşən "Crocus City Hall" mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli terror aktı ilə əlaqədar dərin kədər hissi keçirdiyini bildirib.

Nazir həyatını itirənlərin ailələrinə və yaxınlarına, Rusiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib və yaralananlara tezliklə şəfa diləyib.

Qeyd olunub ki, Azərbaycan terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM