satellite   Azerspace-1: 11135 H 30000

Astanada ŞƏT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşü keçiriləcək

Astanada ŞƏT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşü keçiriləcək

Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin növbəti iclası keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.

“Qazaxıstanda 2-3 aprel 2024-cü il tarixlərində ŞƏT-ə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin 19-cu iclası keçiriləcək. Tədbirə Qazaxıstan sədrlik edəcək. İran ilk dəfə olaraq ŞƏT-in tamhüquqlu üzvü kimi orada iştirak edəcək”, - o vurğulayıb.

Tədbirin qonağı kimi ŞƏT-in müşahidəçi dövlətləri Monqolustan və Belarus dəvət olunub.

“Bu görüş çərçivəsində ŞƏT-in məsuliyyət zonasında aktual beynəlxalq problemlər, bir sıra məsələlər, o cümlədən terrorizm, separatizm, ekstremizm, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı birgə mübarizəyə dair fikir mübadiləsinin aparılması planlaşdırılır”, - A.Smadiyarov qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM