satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Ermənistanı dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyə çağırır

Türkiyə Ermənistanı dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyə çağırır

Türkiyə Ermənistanı işğalından azad edilmiş ərazilərdəki mina sahələrinin dəqiq xəritələrini Azərbaycana təhvil verməyə çağırır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, BMT Baş Assambleyası dünya ictimaiyyətinin diqqətini mina təhlükəsinə cəlb etmək üçün aprelin 4-nü “Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü” elan edib: “Ankara uzun müddət minalarla çirklənmə ilə bağlı ciddi təhlükələrlə üzləşmiş Əfqanıstanın, eləcə də işğaldan azad edilmiş ərazilərində hələ də dəqiq yeri bilinməyən çoxlu minaların olduğu Azərbaycanın narahatlığını bölüşür. Biz Ermənistanı Azərbaycana dəqiq mina xəritələrini verməyə çağırırıq”.

O da vurğulanıb ki, Türkiyə mina təhlükəsi ilə mübarizə aparan ölkələrə dəstəyini bundan sonra da davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM