satellite   Azerspace-1: 11135 H 30000

Vətən müharibəsindən sonra 350 nəfər minaya düşüb, onlardan 65-i həlak olub

Vətən müharibəsindən sonra 350 nəfər minaya düşüb, onlardan 65-i həlak olub

Vətən müharibəsindən sonra 350 nəfər minaya düşüb, onlardan 65-i həlak olub.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mina hadisələrinin dinamikası azalma üzrə gedir: "Mina qurbanlarının 70 faizdən çoxu mülki şəxslərdir. Onların arasında bütün yaş kateqoriyalarından insanlar var".

V.Süleymanov bildirib ki, ümumilikdə Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir:

"Həmin şəxslərdən 595 nəfəri həyatını itirib. 3429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadındır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM