satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Neokolonializmə qarşı mübarizə xarici siyasət istiqamətlərimiz arasında xüsusi önəm daşıyır

Prezident İlham Əliyev: Neokolonializmə qarşı mübarizə xarici siyasət istiqamətlərimiz arasında xüsusi önəm daşıyır

Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında səsləndirib.

Bir müddət əvvəl Bakı Təşəbbüs Qrupunun yaradıldığını xatırladan dövlətimizin başçısı deyib ki, bu qurumun əsas məqsədi kolonializmin, yəni, müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM